Uşaq və yeniyetmələr arasında intihar hallarının və məişət zorakılığının qarşısının alınması üçün seminar keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəgədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 10.10.2024-cü il tarixli, 59-D-285 nömrəli məktubda Azərbaycan Respublikasının Təhsil İnstitutunun 07.10.2024-18.10.2024-cü il tarixlərində uşaq və yeniyetmələr arasında intihar hallarının və məişət zorakılığının qarşısının alınması,eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində təhsil müəssisələrində çalışan psixoloqlar və pedaqoji kollektiv,həmçinin valideynlər üçün seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Təhsil İnstitutu Psixologiya və Xüsusi Təhsil şöbəsinin müdiri, Psixologiya elmləri doktoru Elxan Bəylər valideyn, müəllim və şagirdlərlə maarifləndirici söhbət apardı.Onların mövzu ilə bağlı suallarını cavablandırdı və videotəqdimat nümayiş etdi.