“Ümumi təhsil müəssisələrində təhsilalanlar üçün nümunəvi nizam-intizam qaydaları”nın tətbiqi ilə bağlı təlimat valideynlərin nəzərinə çatdırıldı

25 oktyabr 2024-cü il tarixində məktəbin akt zalında 2024-2025-ci tədris ilinin məktəb üzrə ilk valideyn iclası keçirildi. İclasda “Ümumi təhsil müəssisələrində təhsilalanlar üçün nümunəvi nizam-intizam qaydaları”nın tətbiqi ilə bağlı təlimat məktəb rəhbərliyi tərəfindən valideynlərin nəzərinə çatdırıldı. İclasda şagirdlərin davamiyyəti, məktəbli forması, nizam-intizam qaydalarına riayət olunması, müəlim-şagird-valideyn münasibətləri və digər məsələlər müzakirə olundu, eləcə də valideynlərin təklif və iradları dinlənildi.