Yaşıl enerji növlərinin yaradılması və iqlim dəyişmələrinin fəsadları mövzusunda dərs
Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” çağırışına qoşularaq Kimya müəllimi M.Tağıyeva IXb sinfində “Yaşıl enerji növlərinin yaradılması və iqlim dəyişmələrinin fəsadları” mövzusunda dərs keçdi. Şagirdlər ekoloji mühitin çirklənməsinə səbəb olan amilləri və onların aradan qaldırılması yolları haqqında geniş məlumat əldə etdilər. Əsas çıxış yolunun yaşıllığın qorunması və artırılması olduğunu söylədilər. Dərs diskusiya şəklində davam etdi və sonda şagirdlərə videorolik nümayiş olundu.