Cəbrayıl şəhəri azaddır
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində rəşadətli ordumuz qəhrəmanlıq və şücaət göstərərək 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızı 44 gün ərzində azad etdi. İşğaldan azad olunan rayonlarımızdan biri də Cəbrayıl rayonudur.
Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin dördüncü ildönümüdür. Bu münasibətlə tarix müəllimi K.Əhmədova şagirlərlə görüş keçirdi. Şagirdlərə Cəbrayıl rayonunun tarixi haqqında geniş məlumat verdi, videorolik nümayiş olundu.