Qoy həmişə sülh olsun!

BMT-nin Baş Asambleyasının 1981-ci il 30 noyabr tarixli qərarına əsasən hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-yə üzv olan 192 ölkə səs vermişdir. 21 sentyabr Beynəlxalq Sülh Gününü 3b sinif şagirdləri məktəbin həyətində qeyd etdilər. Şagirdlər “Qoy həmişə sülh olsun!” şuarını səsləndirərək səmaya şarlar uçurtdular.