COP 29-la bağlı açıq havada dərs

2024-cü il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan olunmuşdur. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhvələrini verməkdədir. Ətraf mühitin yaşıllıqlarının bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən məktəbimizdə silsilə tədbirlərin keçirilməsi davam edir. 19.09. 2024-cü il tarixində məktəbimizin ingilis dili müəllimi M.Hüseynova IXa sinifində açıq havada dərs keçdi. Şagirdlərə COP29 haqqında və bu möhtəbər iclasın ölkəmizdə keçirilməsinin əhəmiyyəti haqqında məlumat verdi.