2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası
13 sentyabr 2024-cü il tarixində məktəb rəhbərliyi və müəllim kollektivinin iştirakı ilə 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclasda məktəbin direktoru R.Ələkbərova, direktor müavinləri, kitabxana müdiri və digər müəllimlər çıxış etdilər. 2024-2025-ci tədris ilində II-XI siniflərdə ilk dərslərin “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacağı pedaqoji heyətin nəzərinə çatdırıldı. İclasda ötən 2023-2024-cü tədris ilinin buraxılış imtahanlarının nəticələri, IV və VI siniflərdə aparılan monitorinqin nəticələri, dərs bölgüsü müzakirə olundu. 2024-2025-ci tədris ilində şagirdlərin fənn olimpiadaları və müxtəlif müsabiqələrdə uğurlu iştirakı ,buraxılış imtahanı nəticələrinin yüksəldilməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlər müəllim kollektivinin nəzərinə çatdırıldı və müvafiq tapşırıqlar verildi.