Korrupsiyaya yox deyək!
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 04.06.2024-cü il tarixində məktəbin direktoru pedaqoji kollektivin iştirakı ilə Korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirildi. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması yolları müzakirə olundu.