"Əyləncəli riyaziyyat” adlı yarış keçirildi
30 aprel 2024-cü il tarixində riyaziyyat aylığı çərçivəsində məktəbin V sinif şagirdlərinin iştirakı ilə “Əyləncəli riyaziyyat” adlı yarış keçirildi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə bu elmə olan marağı daha da artırmaq idi. Yarışda “Prizma”, “Piramida”, “Konus”, və “Silindir” komandaları birincilik uğrunda mübarizə apardı. İştirakçılara 12 sual təqdim olundu. “Prizma” komandası yarışın qalibi oldu. Qalib komandanın üzvlərinə medallar və hədiyyələr verildi.