“Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunmuş dərs
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncama əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Bu münasibətlə məktəbdə silsilə tədbirlər davam edir. 17 aprel tarixində məktəbin kimya biologiya müəllimi M.Tağıyeva bu mövzu ilə bağlı 7a sinifində dərs keçdi. Dərsdə yaşıl bitkilərin təbiətdə və insan həyatındakı əhəmiyyətindən danışıldı. Antropogen amillərin təsirindən bitki örtüyünün azalmasından və onun qarşısının alınması yolları müzakirə olundu.