“Kiçik Akademiya” üzvləri kimya dərsində
15 aprel 2024-cü il tarixində məktəbin “Kiçik Akademiya”sına üzv olan IX sinif şagirdləri kimya müəllimi M.Tağıyevanın nəzarəti altında nümayiş təcrübələr apardılar. Şagirdlər azot, ammonyak nitrat turşusu və onun duzlarının alınması və xassələri ilə yaxından tanış oldular. Amonium-bixromatı qızdırmaqla “süni vulkan” yaratdılar. Mis parçası ilə qatı nitrat turşusunun qarşılıqlı təsirindən qonur rəngli azot-dioksid qazının alınmasını müşahidə etdilər. Belə təcrübələrin aparılması “Kiçik Akademiya” üzvləri ilə yanaşı digər şagirdlərin də böyük marağına səbəb olur.