Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması
05.04.2024-cü il tarixində 8b sinifinin şagirdləri ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı debat keçirildi. Nizami Gəncəvi bütün əsərlərində insanları təbiəti sevməyə və ona qaqayğı göstərməyə çağırıb. Canlı təbiətin qorunması mövzusu Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin”. “Leyli və Məcnun” və digər poemalarında öz əksini tapıb.