“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Xətai rayonunda Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.04.2024-cü il tarixdə Humanitar fənlər təmayüllü liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Tədbirdə Bakı Şəhəri İcra Hakimiyyəti başcısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri  Eimin İmanov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar Məsələlər müdiri Pənah İmanov, BŞGİİ-nin Xətai rayon üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, məktəb rəhbərliyi, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər iştirak etdilər. Xətai rayon məktəbləri üzrə 17 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak etdilər. Məktəbimizin 8b sinif şagirdi Mehtiyeva Sara da qaliblər  sırasındadır. Sonra qalib olan şagirdlər inşalarını təqdim etdilər. Tədbirin sonunda qalib şagirdlərə diplom və hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi