Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələri keçiriləcək
3 mart 2024-cü il tarixində bütün ümumtəhsil müəssisələrdə Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələri keçiriləcək. Fənn müsabiqəsi VI-VII sinif şagirdləri, Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunacaq. Müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.