Azərbaycan dili fənni üzrə Monitorinq təşkil olundu
29 fevral 2024-cü il tarixində, IV və VI-VIII siniflərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə Monitorinq təşkil olundu. Monitorinqdə şagirdlərə 16 tapşırıq təqdim olundu. Tapşırıqlar həm dinləmə mətninə, həm də oxu mətninə aid idi. Monitorinqin keçirilməsində əsas məqsəd, şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyən etməkdir.