“ Xocalıya qayıdış” adlı kompozisiya
“Xocalı soyqırımı”nın 32-ci ildönümü münasibəti ilə 26 fevral 2024-cü il tarixində 4b sinif şagirdləri “ Xocalıya qayıdış” adlı kompozisiya hazırladılar. Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan olunan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər “Xocalı faciəsi”nə həsr olunmuş şeirlər söylədilər. Tədbir mübariz ruhda, qələbə abu-havasında davam etdi.