Monitorinq 3 keçirildi
19 fevral 2024-cü il tarixində, VIII və IX siniflərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən təşkil olunmuş növbəti Monitorinq 3 keçirildi. Monitorinqdə şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 sual təqdim olundu. Monitorinqin keçirilməsində əsas məqsəd, şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyən etməkdir.