Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” mövzusunda dərs
Azərbaycan dili aylığı çərçivəsində 15.02.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A.Əlizadə IXa sinifində “Oğlum Məhəmmədə nəsihət” mövzusunda nümunəvi dərs keçdi. Dərs zamanı Nizami Gəncəvinin oğluna yazdığı fikirlər təhlil olundu. Şagirdlər tərbiyə, təlim haqqında fikirlərini bildirdilər. Mətn üzərində hazırladıqları işləri təqdim etdilər. Dərsin sonunda bu nəticəyə gəldilər ki, dahi şairimizin qədim dövrdə oğluna yazdığı nəsihətlər bu gün də aktualdır.