“Sağlam qidalan, sağlam yaşa ” adlı aksiyaya 1a sinif şagirdləri də qoşuldular
9-16 fevral tarixlərində elan olunmuş “Sağlam qidalan, sağlam yaşa ” adlı aksiyaya 1a sinif şagirdləri də qoşuldular. Məktəbin tibb bacısı şagirdlərə sağlam qidalanma ilə bağlı məlumat verdi. Şagirdlər öz növbələrində əyani göstərilən meyvə-tərəvəzlərin adlarını, hansı mövsümdə yetişdiyini və tərkibində olan vitaminləri sadaladılar.