Sağlam gidalanmanın faydaları
9-16 fevral tarixlərində elan olunmuş “Sağlam qidalan, sağlam yaşa ” adlı aksiyaya 3a sinif şagirdləri də qoşuldular. Məktəbin tibb bacısı şagirdlərə sağlam qidalanma ilə bağlı məlumat verdi, meyvə-tərəvəzin böyüməkdə olan uşaq orqanizminə faydalarından bəhs etdi. Şagirdlər meyvələrin tərkibində olan vitamin və mineralları öyrəndilər, gətirdikləri meyvələri tənəffüs zamanı yoldaşları ilə bölüşdülər.