Azərbaycanın Rus Gənclər Assosiyasiyasının təşəbbüsü ilə sərgi təşkil olundu

10 fevral 2024-cü il tarixində Azərbaycanın Rus Gənclər Assosiyasiyasının təşəbbüsü ilə sərgi təşkil olunmuşdur. Sərgidə 3-18 yaş qrup uşaqların əl işləri və rəsmlər nümayiş olundu. Tədbirə müxtəlif təşkilatlardan qonaqlar dəvət olunmuşdur. Sərgidə Azərbaycanın Rus Gənclər Assosiyasiyasının sədri Şamira Danilova və Bakı Rus Evinin rəhbəri İrek Zinnurovla yanaşı, 3 saylı Uşaq Evinin müdiri Gülnarə Quliyeva da çıxış etdi.Tədbir zamanı məktəbimizin şagirdi, 3 saylı uşaq evinin yetirməsi, gənc şair və rəssam  Sara Mehtiyevanın “Ümid işığı” adlı şeir kitabının təqdim etmə mərasimi keçirildi. Sara yazdığı şeirlərdən bir neçəsini ifa etdi.Sərgi bir neçə gün davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi