“Sağlam qidalan, sağlam yaşa ” adlı aksiyaya start verildi
9 fevral 2024-cü il tarixində məktəbin direktoru R.Ələkbərovanın təşəbbüsü ilə “Sağlam qidalan, sağlam yaşa ” adlı aksiyaya start verildi. Aksiya 9-16 fevral tarixləri arasında keçiriləcək və digər siniflər də bu aksiyada iştirak edəcəklər. Aksiyanın keçirilməsində əsas məqsəd, sağlam qidanın əhəmiyyətini şagirdlərə təbliğ etmək oldu. Eləcə də meyvə-tərəvəzin faydaları, düzgün qidalanmanın orqanizmə xeyri şagirdlərə çatdırıldı.