Erkən nigah

08.02.2024-cü il tarixində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nigah” mövzusunda görüş keçirildi. Görüşdə şagirdlərə erkən nigahın səbəbləri və fəsadları ilə bağlı geniş məlumat verildi. Eyni zamanda, şagirdlərə dünyada və ölkəmizdə erkən nigah hallarının baş verməsi ilə bağlı statistik məlumatlar çatdırıldı, erkən nigahın daha çox hansı səbəblərdən baş verməsi, habelə 18 yaşına çatmamış şəxslərin nigaha daxil olacaqları halda hansı tibbi, hüquqi, psixoloji, sosial-iqtisadi və digər problemlərlə qarşılaşacaqları izah olundu. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi