Pedaqoji şuranın iclası keçirildi
05.02.2024-cü il tarixində I yarımilin yekunları və II yarımilə hazırlıqla əlaqədar Pedaqoji şuranın iclası keçirildi. İlk olaraq məktəbin direktoru Reyhan Ələkbərova çıxış edərək gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. Müavinlər və sinif rəhbərlərinin hesabatları dinlənildi, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması,uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə keçirilən və degər fənlər üzrə keçirilən məktəb daxili monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi. Ayrı-ayrı fənlər üzrə məzmun təhlillərimüzakirə olundu. Müəllimləri maraqlandıran suallar cavablandırıldı.