“Ekologiya və iqtisadiyyat” mövzusunda keçirilən dəyirmi masa

Ekologiya canlı orqanizmlərin və onları əhatə edən təbiətinqarşılıqlı münasibətləri haqqında məlumat verən elm sahəsidir. İqtisadiyyatın inkişafı cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqədə tarazılığın pozulması böyük təhlükədir, ona görə də ekoloji böhran yaranmışdir. Bu ümumdünya miqyaslı problemdir. Ona görə da bu problemi şagirdlərə bildirib, onun həlli yollarını öyrətmək lazımdır. Ulu öndər Heydər Əliyev ekologiya və iqtisadiyyat haqqında cox dəyərli fikirlər söyləmişdir. Onun davamçısı olan ilham Əliyev ekoloji problemləri həll edib, iqtisadiyyatı inkişaf etdirmək üçün 2010-cu ili ekologiya ili elan etmişdir. Müasir elmi –texniki inqilab dövründə atmosferdə karbon qazı coxalır, meşə sahələri azalır, ziyanlı kimyəvi elementlərin miqdarı artır, nəqliyyat vasitələrinin zərərli tüstüləri , kənd təsərrüfatında kimyəvi maddələrdən istifadə edilməsi, zavodların, istilik və atom elektrik stansiyalarının tullantıları ekoloji tarazılığın pozulmasına səbəb olur. Amma bu sahələr də olmasa iqtisadiyyat inkişaf edə bilməz. Ona görə də ekoloji böhranın qarşısını almaq üçün zərərsiz yeni texnologiya tətbiq etmək, tullantısız texnologiyaya keçmək, yaşıllığı çoxaltmaq, çoxlu ağac əkmək, meşə zolağı salmaq lazımdır. Bütün bunları şagirdlərə öyrətmək bizim məqsədimizdir. Onları başa salmaq lazımdır ki,təbiətə qarşı amansız olmaq insan həyatına, gələcək nəslə qəsd etmək kimi qiymətləndirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi