Məktəbimizə Bakı Ali Neft Məktəbinin rektoru tərəfindən Təşəkkürnamə ünvanlanmışdır

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən məktəbimizin müəllim kollektivinə Təşəkkürnamə ünvanlanmışdır. Təşəkkürnamədə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üzrə qəbul imtahanında yüksək bal toplayan məzunumuz Vəliyev Ülvi Zamin oğlundan bəhs olunur. Məktubda Ülvinin uğurlu nəticələr əldə etməsində müəllimlərin bilavasitə fədakar əməyi bir daha vurğulandı