Təşəkkür Məktubu

19-20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatında Palaqniç Maksim Sergey oğlu göstərdiyi şücaət və qorxmazlıq nümayiş etdirərək bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirmişdir. 193 nömrəli hərbi hissə komandiri polkovnik Oruc Abdullayev tərəfindən məktəbimizə “Təşəkkür Məktubu” ünvanlanmışdır. “Təşəkkür Məktubu” müəllim kollektivinə çatdırıldı. Belə mərd, qəhrəman, vətənpərvər şagirdimiz olduğu üçün gürur duyuruq.