Abidələr diyarı Azərbaycan!
Tarix-Coğrafiya aylığı çərçivəsində məktəbin 4b sinif şagirdləri həyat bilgisi dərsində qruplar şəklində divar gəzetləri hazırladılar. Şagirdləri tariximizi daha dərindən öyrənmək məqsədi ilə, araşdırmalar aparmış, “Qədim abidələr”, “ Daş üzərində rəsmlər” və “Körpülər” mövzusunda təqdimatlar hazırlayıb nümayiş etdilər.