“Qütb gecə və gündüzləri” mövzusunda dərs

23.11.2023-cü il tarixində, Tarix –Coğrafiya aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi T. Mehdizadə, 8a sinfində “Qütb gecə və gündüzləri” mövzusunda açıq dərs keçdi. Şagirdləri qruplara bölərək, “Qütb gecəsi”, “Qütb gündüzü”, “Qütb parıltısı” və “Qütb dairəsi” adlandıraraq hər qrupa araşdırma aparmaq üçün tapşırıq verdi. Şagirdlər tətqiqat apararaq nəticə əldə etdilər. Şəkillər və video göstərməklə mövzu tam canlandırıldı. Sonda şagirdlər fərdi və qrup şəklində qiymətləndirildi.