Uşaqların hansı hüquqları var?
“Məktəbin illik fəaliyyət planı” na əsasən “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam edir. Noyabrın 15-də məktəbin psixoloqu Ü.Rzayeva IV sinif şagirdləri ilə psixomarifləndirmə işi təşkil etdi. Şagirdlər “Uşaqların hansı hüquqları var?”, “Başqa hansı hüquqlarınızın olmasını istərdiniz?” suallarını cavablandırdılar. “Hüquqlarımızı bilməliyik və üzərimizə düşən vəzifələri də yerinə yetirməyi unutmamalıyıq,”- deyə psixoloq vurğuladı. Təqdimatın nümayişindən sonra şagirdlərlə fikir mübadiləsi aparıldı.