Zəfərin mübarək, Azərbaycan!
7 noyabr 2023-cü il tarixində məktəbin akt zalında 8 Noyabr “Zəfər Günü” münasibəti ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olundu. Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xətai rayon filialının sədr müavini Mehman Məmmədov, şəhid valideynləri və digər qonaqlar iştirak etdilər. Yüksək səviyyədə keçirilən tədbir qonaqlara xoş təəsürat bağışladı.