Zərərli vərdişlərə qarşı mübarizə
24 oktyabr 2023-cü il tarixində məktəbin psixoloqu Ü.Rzayeva “Zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda 8-ci sinif şagirdləri ilə görüş keçirib.Görüşün keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə olan həvəslərini artırmaqdan ibarətdir. Tədbirdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair videoçarx nümayiş olundu. Həmçinin şagirdləri maraqlandırılan suallar cavablandırılıb müzakirələr aparıldı.