Elm və Təhsil Nazirliyinin məktəbəqədər şagirdlər üçün hədiyyəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbəqədər şagirdlər üçün məktəb ləvazimatlarından ibarət hədiyyə paketi göndərilmişdir. 18.10.2023-cü il tarixində məktəbin direktoru R.Ələkbərova hədiyyələri uşaqlara təqdim etdi. Uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Valideynlər isə öz növbələrində Təhsil Naziri E.Əmrullayevə dərin təşəkkürlərini bildirdilər.