Şəhidimiz Veysəl Qasımovla vida mərasimi

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə 1992-ci il yanvar ayının 25-i hərbi əməliyyat həyata keçirildi və uğursuzluqla nəticələndi. Hərbi əməliyyat nəticəsində vətənimizin mərd oğulları qəhrəmancasına savaşmış bir çoxları da müharibə zamanı şəhid olmuşlar. Birinci Qarabağ muharibəsi qurbanlarından biri də Qasımov Veysəl Qasım oğludur. O, Daşaltı əməliyyatının iştirakçılarından biri idi. 31 ildən sonra Veysəl Qasımovun nəşi tapılaraq ailəsinə təhvil verildi və evi önündə vida mərasimi təşkil olundu. Vida mərasimində müxtəlif təşkilatlarla yanaşı məktəbimizin müəllim kollektivi və şagirdlər iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi