4 oktyabr-Cəbrayıl şəhəri günü

4 oktyabr-Cəbrayıl şəhəri günü ilə əlaqədar məktəbin konfrans zalında məktəb rəhbərliyi, tarix müəllimləri və şagirdlərin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Birinci və İkinci Qarabağ müharibəsində həlak olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə tarix müəllimi K.Əhmədova şagirdlərə Cəbrayıl şəhərinin yaranma tarixi, coğrafi mövqeyi, tarixi abidələri, Cəbrayıl rayonunun infrastrukturu, ermənilər tərəfindən işğal edilməsi və erməni vandalizmi haqqında məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük müharibə zamanı Cəbrayıl şəhərinin azad edilməsi və orda aparılan bərpa-quruculuq işlərindən söhbət açdi. Tədbirin sonunda şagirdlər sənədli film izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi