27 sentyabr Anım Günü
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlanmışdır. Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Təhsil Nazirinin Tədbirlər Planı” na əsasən məktəbin foyesində sərgi təşkil olundu. Sərgidə şagirdlər hazırladıqları divar qəzetlərini nümayiş etdilər.