"Bilik günü" qeyd olundu
15 sentyabr tarixi bütün ümumtəhsil müəssisələrində “Bilik günü” kimi qeyd olunur. Bu bayramı qeyd etmək üçün şagirdlər, valideynlər və müəllim kollektivi məktəbin həyətində toplaşmışdılar. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Qonaq qismində tədbirimizdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ş.Ağayev iştirak etdi. Məktəbin direktoru R.Ələkbərova şagird və müəllimləri bu gün münasibəti ilə təbrik etdi. Vətənpərvərlik mövzusunda müsiqilər, şeirlər və bədii kompazisiya hər kəs tərəfindən maraqla izlənildi.