Son Zəng
İyunun 14-də bütün ümumi təhsil müəssisələrində olduğu kimi 29 №-li məktəbdə də “Son zəng” tədbiri keçirildi . Tədrib Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məzunları məktəbin direktoru Reyhan Ələkbərova ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Şahin Ağayev təbrik edərək onlara uğurlar arzu etdilər. Yüksək səviyyədə qeyd edilən “Son zəng” tədbiri hər kəs tərəfindən maraqla izlənildi.