“28 May-Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsi” başlığı altında inşa
28 May- Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyavi və parlamentli respublikasını yaratdı. Bu bayram münasibəti ilə şagirdlər “28 May-Müstəqillik Günü Azərbaycan tarixinin şanlı səhifəsi” başlığı altında inşa yazıb təqdim etdilər.