20 YANVAR "QƏRƏNFİLİN HEKAYƏSİ"
18 yanvar 2017-ci il tarixdə məktəbdə 20 yanvar "Ümumxalq hüzün günü" münasibətilə "Qərənfilin hekayəsi" mövzusunda tədbir keçirildi. Tədbirdə Xətai rayon İcra hakimiyyətinin nümayəndələri Məhəmməd Məmmədov və Pənah İmanov, "20 yanvar" cəmiyyətinin üzvü Qərib Novruzov, şəhid anaları və digər qonaqlar iştirak etmişlər. Tədbirdə qeyd edildi ki, M.Qarbacovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, müstəqillik arzusunda olan başqa xalqlara "dərs vermək" üçün Bakıya qoşun yeritdi və 137 nəfər mülki vətəndaşı qətlə yetirdi. 744 nəfər yaralandı, 700 nəfərdən çox adamı həbs etdi, 4 nəfər itkin düşdü. Ölənlərdən 6 nəfər rus, 3 nəfər yəhudi, 3 nəfər isə tatar idi. Ölənlərdən ən kiçiyinin 13, ən yaşlısının 73 yaşı var idi. İştirakçılar əvvəlcə foyedəki mövzu ilə bağlı şagirdlərin çəkdikləri rəsmlərlə tanış olmuş, dəhlizdə qoyulmuş televiziyada 20 yanvara aid video rolikə baxmışlar.