DİNİ RADİKALİZMLƏ MÜBARİZƏ

25 noyabr 2016-ci il tarixdə 29 №-li tam orta məktəbdə dini radikalizmlə mübarizə ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə 2016-cı ilin "Multikultiralizmlə" ili olduğu qeyd edilmiş, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadıqları vurğulanmışdır. Ölkəmizdəki dini tolerantlığın dünyaya nümunə olduğu nəzərə çatdırılmışdır. Tədbirdə "Üfüq Gənclərin İnkişafı naminə" ictimai birliyin sədri Nail Şükürov çıxış edərək göstərmişdir ki, Azərbaycandakı tolerantlıq mühiti ölkə başçısının apardığı dövlət siyasətinin nəticəsidir. Sonda mövzuya uyğun "Fitnə" filmi nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi