Yay məktəbi

Artıq bir neçə gündür məktəbimizdə “Yay məktəbi”nin təşkilinə başlanılıb. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” müddətində dərslərin sayı və qrafiki şagirdlərin yaş və səviyyələri nəzərə alınmaqla təşkil edilir. Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris ilində təlim prossesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, şagirdlərə zəruri bilik və bacarıqların verilməsidir.