Narkotik vasitələrdən və psixotrop maddələrin istifadəsinin qarşısının alınması məqsədiylə anket sorğu keçirildi
Məktəbimizdə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsi əleyhinə silsilə tədbirlərimiz davam edir. Bu tədbirlər maarifləndirici xarakter daşıyır. 8 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı Hüseynova Leyla məktəbimizdə oldu. O, narkotik vasitələrdən və psixotrop maddələrin istifadəsinin qarşısının alınması məqsədiylə anket sorğu keçirdi. Anket sorğuda məktəbin VII-X sinif şagirdləri, müəllimlər və valideynlər iştirak etdi.