1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd ediliir. Uşaqlar bizim gələcəyimizdir. Dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlam olması üçün əlimizdən gələn hər şeyi etməliyik. Onları qorumaq, qayğı göstərmək, layiqli vətəndaş kimi yetişdirmək biz böyüklərin borcudur. Uşaqları bu gözəl bayram münasibətiylə təbrik edir, onlara uğurlar arzu edirik.