"NARKOMANİYAYA YOX DEYƏK!"
10 noyabr 2016-cı il tarixdə 29 №-li tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xətai rayon Polis idarəsinin əməkdaşları, Respublika Narkoloji Mərkəzinin Stasionar şöbəsinin müdiri A.Məmmədova, Xətai rayon Veteranlar şurasının sədri Nazim Xıdırov iştirak etmişlər. Tədbirdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, onun profilaktikasından, gənclərin zərərli vərdişlərdən uzaq olması üçün görüləcək işlərdən söhbət açılmışdır.