Həzi Aslanovun Ev-Muzeyi

İki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun ev muzeyi 1969-cu ilin 9 mayında Lənkəran şəhərində açılmışdır. 2 otaqdan ibarət olan muzeyin sahəsi 35 kvadrat metri əhatə edir. Muzey eksponatlarının ümumi sayı 2351 ədəddir. Hazırda muzeyin 5 ekspozisiya zalı vardır. Məktəbimizin ibtidai sinif müəllimi Sitarə Muxtarlı Həzi Aslanovun Ev-Muzeyini ziyarət etdi.