Heydər Əliyevə həsr olunmuş tədbir

10 may 2022-ci il tarixində məktəbin 6a sinifində tədbir keçirildi. Heydər Əliyevin həyatı, daxili və xarici siyasəti, təhsilə və mədəniyyətə verdiyi dəyər, eləcə də, dövlətə olan sevgisi sinif müəllimi Baxşəliyeva Yeganə tərəfindən bir daha vurğulandı. Şagirdlər şeirlər söylədilər və hazırladıqları təqdimatları təqdim etdilər. Dərsin sonunda Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.