“Zəfər tarixi”nə həsr olunmuş konfrans

06.05. 2022-ci il tarixində məktəbin konfrans zalında “Zəfər tarixi”nə həsr olunmuş konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Konfransda “Zəfər tarixi” fənnini tədris edən Anatoli Orucovla yanaşı, digər tarix müəllimləri Bağırova İradə və Əhmədova Kəmalə iştirak etdilər. Anatoli müəllim “Zəfər tarixinə aparan yol” mövzusunda məruzə ilə çıxış etdi. Konfransda IX sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Konfransın sonunda “Zəfər tarixi” adlı sənədli film nümayiş olundu.