"Şuşa ili"nə həsr olunmuş sərgi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il “Şuşa ili” elan olunmuşdur. Vətənimizin dilbər güşələrindən biri sayılan Şuşa öz ecazkar təbiəti, mədəniyyəti və abidələri ilə könüllər oxşayır. Bu münasibətlə məktəbin foyesində sərgi təşkil olundu. Texnologiya müəllimi Gülməmmədova Rüxsarənin nəzarəti altında hazırlanan əl işləri böyük maraqla qarşılandı.