“Təbiət elmləri” mövzusunda tədbir

Məktəbimizdə aprel ayı təbiət elmləri ayı kimi qeyd olundu. Beləki Fizika, Kimya, Biologiya fənləri üzrə fənn müəllimləri tərəfindən açıq dərslər, siniflər arası viktorinalar, müxtəlif məkanlara ekskursiyalar təşkil olunmuşdur. Aprel ayının son günü məktəbin akt zalında möhtəşəm “Təbiət elmləri” mövzusunda tədbir keçirildi. Tədbirdə maraqlı təcrübələr, səhnəciklər, fənnlərə aid şeirlər, bayatılar və rəqslər tədbirə rəng qatdı. Maraqlı keçən tədbir alqışla qarşılandı.